61 yaşlı Çernobıl Atom Elektrik Stansiyasının keçmiş əməkdaşı "HBO"nun bütün dünyanı sarsıdan Çernobıl filmini izlədikdən sonra intihar edib.
Moderator.az xəbər verir ki, Çernobıl faciəsindən bəhs edən və son dövrün ən çox səs gətirən filminə olduqca təsirlənən tamaşaçılardan biri də Çernobılın qəhrəmanı və əlili 61 yaşlı Naqaşibay Zhusupov olub.
Filmi izlədikdən sonra xatirələri yenidən canlanan Zhusupov qızının verdiyi məlumatlara görə, baş verənlərə qarşı olan qəzəbinə dözməyərək intihar edib.