Poroşenko Avropa Parlamentinin iclasına buraxılmadı
Ukraynanın sabiq prezidenti Petro Poroşenko Avropa Parlamentinin iclas zalına buraxılmayıb. Cebhe.info xəbər verir ki, 16 iyulda sabiq prezident Strasburqa getməyi planlaşdırdığını açıqlayıb.
O, avropalı deputatlardan özünə güclü qrup formalaşdırmaq niyyətində olub. Dostluq qrupuna Avropa Birliyinin yeni rəhbərliyini də daxil etmək plana salınıb.
Ancaq Poroşenkonu iclas zalına buraxmayıblar. Ukrayna mətbuatı Poroşenkonun iclası kənardan izlədiyinə dair görüntü də yayıb.
Tarix: 19-07-2019, 09:38