Sərnişin qatarda öldü, dəmir yolu şirkəti 1 milyon funt sterlinq cərimə olundu - FOTO
İngiltərədə bir dəmir yolu şirkəti 25 yaşlı sərnişinin qatarın pəncərəsindən başını çıxarıb ölməsindən məsulliyyətli tutularaq 1 milyon funt-sterlinq cərimə olunub.
Sözügedən şəxs 2016-cı ildə Londonda "Gatwick Express" qatarında başını pəncərədən çıxardıqdan sonra yol kənarındakı bir dirəyə çırpılaraq həyatını itirib.
Dəmir yolu şirkəti baş tutan məhkəmədə pəncərədən bayıra çıxmamaq istiqamətindəki xəbərdarlığı kifayət qədər görünən bir şəkildə nümayiş etdirmədiyi üçün ümumi təhlükəsizlik tədbirlərini pozduğunu qəbul edib./Moderator.az/
Tarix: 20-07-2019, 09:12