Yeni baş nazir seçildi - Böyük Britaniyada

 

Boris Conson Böyük Britaniyanın yeni baş naziri seçilib.

Siam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, vəzifəsinin icrasına iyulun 24-də başlayacaq.

B.Conson hökumət başçısı vəzifəsini artıq istefa vermiş baş nazir Tereza Meydən təhvil alacaq. Yeni baş nazirin əsas hədəfi oktyabrın 31-də Britaniyanı Avropa İttifaqından tam çıxarmaq üçün hazırda davam edən hüquqi prosedurları yekunlaşdırmaqdır. 

Tarix: 23-07-2019, 15:44
Xəbəri paylaş





Xəbər lenti