"S-400-lər nədən alındı" sualına cavab: "NATO-da Türkiyəni işğal planı hazırlanıb "


Siyasət fəlsəfəçisi Lütfü Özşahin Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin almasında israrlı olmasının altında NATO-nun Türkiyəyə qarşı olası bir işğal planına hazırlığın yatdığını bəyan edib.

Avropa.info xəbər verir ki, Lütfü Özşahin Habertürk TV-də Didəm Arslan Yılmazın aparıcılığı ilə yayımlanan "Türkiyənin nəbzi" proqramında bu barədə danışıb.

O, NATO-nun Türkiyə üçün bir təhdid olduğunu söyləyərək belə deyib:

"S-400-ləri kimə qarşı aldıq?.. Rusya Türkiyəni işğal edəcəksə, S-400-ləri nədən versin? Türkiyəni havadan işğal edə biləcək tək güc ABŞ-dır. Dolayısıyla, NATO-nun Türkiyəni işğal etmə planı var. Bunu havadan həyata keçirəcəklər. Hərbi təlimini keçirdilər. NATO Türkiyəni qorumaq üçün deyil. Bağlı tutmaq, nəzarət etmək və yeri gələndə də qiyam etmək üçün vardır".

Özşahin Türkiyədə baş verən hər çevriliş cəhdinin arxasında NATO-nun olduğunu deyib: "NATO-da "Gladio quruluşu" var. Bunların direktivi olmadan ölkələrdə hərbi çevriliş cəhdi olmaz. Türkiyədə baş verən bütün hərbi çevriliş cəhdinin arxasında onlar var. Hətta FETÖ də bunların bir parçasıdır".

Qeyd edək ki, latıncada qılınc mənasını verən Gladio sözünü ad olaraq istifadə edən təşkilat, amerikan və ingilis əks-partizan təşkilatlanması olan Stay Behind tərəfindən 1952-ci ildə qurulub. CIA tərəfindən idarə olunan və maliyyəyə yardımı edilən təşkilat, 1956-cı ildə ABŞ ilə əməkdaşlıq içində, casusluq və partizan döyüşü etmək üzrə təşkilatlanıb. 

Təşkilatın İtaliyadakı adı Gladio (Qılınc) idi. Yunanıstanda B-8 ya da SheepSkin (Qoyun Postu), Belçikada SDRA-8, Hollandiyada NATO Command, Qərb Almaniyada Gehlen Təşkilatı, Stay Behind ya da Sword, Avstriyada Schwert, Fransada Külək gülü, Kontrgerilla kaynak ifadə edilməli , İspaniyada anti-Terror Qurtarma Qrupu (GAL), İngiltərədə isə, Secret British Network olaraq bilinir.

ABŞ-ın Nevada ştatında 24 iyul 2002-ci ildə "Millennium Challenge-2002" adı altında 13 min 500 əsgəri heyətin qatıldığı geniş hərbi təlim keçirilib.

Bir çox NATO üzvü olan ölkənin dəvət edildiyi hərbi təlimə,Türkiyə dəvət edilməmişdi.

"Balyoz işi"ndə ittiham olunan FETÖ-dən zərərçəkmiş olan hərbçilərdən polkovnik Mustafa Önsel iyulun 13-də qələmə aldığı məqalədə sözü gedən hərbi təlimin diqqət çəkən senarisini bu cümlələrlə yazır:

"Hərbi təlimdə hədəf ölkə iki qitədə yerləşən bir ölkədir. Bu anlamda bir neçə dəniz yollarına nəzarət edir. Aralıq dənizində bir ada dövlətlə problemləri var bu ölkənin. Bundan başqa, sözü gedən hədəf ölkədə milli azlıqlar da yaşamaqdadır.

http://i2.haber7.net/haber/haber7/photos/2019/30/WNOFO_1564038755_368.jpg

Senari sözü gedən hədəf ölkədə meydana gələn çox dağıdıcı bir zəlzələ ilə başlayar. Bu arada zəlzələ ilə eyni zamanda beynəlxalq bir məhkəmə ölkənin sərhədləri və mənfətlərinin əleyhinə qərar verər. Bu zaman da problem olan ada dövlətiylə əlaqədar beynəlxalq güclər hədəf ölkəyə həll planı təklif edir.

Çətin vəziyyətdə olan siyasətçilər bu təklifi qəbul etmək məcburiyyətində qalır. Bundan sonra hərbçilər idarəçiliyi ələ keçirib, ölkədə avtoritar hakimiyyət qururlar. Sonra ada dövləti mühasirəyə alır və ABŞ əsgərləri 96 saat içərisində sözü gedən ölkəyə müdaxilə edir".

Tarix: 25-07-2019, 16:55
Xəbəri paylaş





Xəbər lenti