Rusiyada həbs edilən milyarder polkovnikin ölkənin əsas killeri ilə əlaqələri üzə çıxıb - FOTO


Rusiya Federal Təhlükəsizlik Xidmətinin “K” idarəsinin bank bölməsinin keçmiş əməkdaşı, polkovnik Dmitri Frolovun ölkənin ən təhlükəli cinayətkarlarından biri sayılan “Cako” ləqəbli Aslan Qagiyevlə əlaqələri üzə çıxıb. Polkovnik D.Frolov özü yarım milyard rubl pulu mənimsəməkdə suçlanır.

“Rosbalt” agentliyinin verdiyi məlumata görə, istintaq orqanları iki cinayətkar arasındakı bağlantıların izlərinin 2004-cü ilə çıxdığını müəyyən ediblər. Agentliyin müsahibə aldığı, “Cako”nun bandası ilə bağlı Şimali Osetiyada iş aparan güc strukturlarının nümayəndəsi onların 2004 və 2005-ci illərdə azı iki dəfə respublika ərazisində görüşdüyünü deyib.

Onların təması Rusiyada çirki pulların yuyulması kanalları uğrunda gedən qanlı mübarizə ilə bağlı baş verən bəzi hadisələrlə eyni vaxta təsadüf etməsi diqqət çəkib.
Belə ki, 2005-ci ildə A.Qagiyevin bandası bank biznesi ilə bağlı iki böyük fiquru aradan götürməsi ilə yadda qalıb.

Bundan başqa “Cako”nun killerləri “Kutizovski” bankının İdarə heyətinin sədri Oleq Novoselskini qeyri-adi tərzdə aradan götürüblər. Öncə bankiri maşınla qaçıran qatillər daha sonra onu betonlanmış çəlləyin içinə qoyub, Moksva çayına atıblar. İçində O.Novoselskin meyidi olan çəllək bir də 10 ildən sonra tapılıb, çıxarılıb.

FTX hazırda Dmitri Frolovun xidmət etdiyi sahəyə görə bu işdə əlinin olub-olmamasını araşdırır. Keçmiş polkovnik özü FTX-nin digər iki əməkdaşı Kiril Çerkalin və Andrey Vasilyevlə birlikdə bu ilin aprelində on milyonlarla rübl rüşvət alarkən yaxalanıb. D.Frolov və A.Vasilyevə həm də külli miqdarda məbləğlə dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Hər üç polkovnikin evlərində aparılan axtarış zamanı 12 milyard rubl pul, qiymətli cəvahirat, saatlar aşkar olunaraq götürülüb.

aslan qagiyev.jpg (26 KB)
Aslan Qagiyev

Aslan Qagiyevi isə Rusiyanın 1 nömrəli qatili adlandırırlar. O, bandasını 2000-ci illərin əvvələrində formalaşdırb və hətta onu 50 nəfərə qədər artırıb. 2004-cü ildən başlayaraq, banditlər 60-dan çox adamı qətlə yetiriblər. Bunların içində hüquq-mühafizə orqanlarının əməkdaşları, biznesmenlər, məmurlar da var. Qrupun törətdiyi cinayətlərin sırasında Vladiqafqaz meri Vitali Karayevin və Şimali Osetiyanın baş nazirinin müavini Kazbek Pagiyevin qətlini də qeyd etmək olar.

Aslan Qagiyev 2016-cı ilin martında Avstriya polisi tərəfindən həbs olunub. Rusiya Baş prokurorluğunun verdiyi sorğuya əsasən 2017-ci ilin sentyabrında Vyana məhkəməsi onun ekstradisiya olunması haqqında qərar çıxarıb.

Məhkəmənin hökmü 2018-ci ilin iyununda icra olunub.

Musavat.com

Tarix: 29-07-2019, 22:48
Xəbəri paylaş





Xəbər lenti