FBİ məni rusiyalı casus qızla münasibətdə olmağa məcbur edirdi - Patrik Bern

Federal prokurorluq iddia edib ki, Butina milli təhlükəsizliyə təhdiddir

"Overstok" onlayn-riteylerin rəhbəri Patrik Bern etiraf edib ki, ABŞ-ın Federal Tədqiqatlar Bürosunda (FBI) işləyib və onunla sevgili olan Mariya Butinaya informasiya ötürüb.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Washington Examiner” nəşri yazıb.

Materialda qeyd olunur ki, multimillionerin açıqlamaları onun işində növbəti dönüş nöqtəsi oldu. Bernin sözlərinə görə, o, rusiyalını casus hesab etmir və bu fikirləri, eləcə də onları möhkəmləndirən faktları hakimiyyət orqanları ilə bölüşüb.

"Overstok" onlayn-riteylerin rəhbəri iddia edir ki, FBİ onu Rusiyanın casusu Mariya Butina ilə seksual münasibətdə olmağa məcbur edib.

Multimillioner və "Overstok" online pərakəndə şirkətinin rəhbəri (Overstock.com) FBI-nin razılığı ilə Rusiya casusu Mariya Butina ilə cinsi əlaqədə olduğunu bildirdi, lakin o, bu əlaqələri bərpa etmək üçün təlimatlarına əməl etməməyə qərar verdi.

Patrik Bern (Patrick Byrne) 2015-ci ilin iyul ayında "Fridom Feste"də (FreedomFest), Las-Veqasda keçirilən libertariansların illik görüşündə Butina ilə tanış olub.

O, "Vaşinqton ekzemaer" (Washington Examiner) nəşrinə verdiyi müsahibəsində çıxışından sonra Butinanın ona yaxınlaşdığını və Rusiyanın "Silah hüququ" İctimai Təşkilatının rəhbəri olduğunu, lakin o zaman ondan uzaqlaşdığını bildirmişdi. Daha sonra Butina yenidən onun yanına gələrək deyib ki, o, Rusiya Mərkəzi Bankında yüksək rütbəli məmur kimi çalışır və onu orada nitq söyləməyə dəvət edib.


Overstock.com-un 57 yaşlı sahibinin sözlərinə görə, o, 30 yaşlı Butina ilə əlaqə saxladığını Amerika hakimiyyətinə bildirib. Bundan sonra FBI ona Butina ilə daha yaxından tanış olmaq üçün "yaşıl işıq" verib. Onların arasında romantik münasibətlər yaranıb və bu münasibətlər 2016-cı ilin martında başa çatıb. Dörd ay sonra, FBI Butina ilə əlaqələri bərpa etməsini istəyib.

"İkinci dəfə bunu etdim, çünki mənə əlaqəni bərpa etmək əmr edildi. Ancaq qərara gəldim ki, bu yanlış idi, — Bern bildirib. - Mənə dedilər ki, o əmrlər kifayət qədər yüksək səviyyədən gəlirdi, — ona görə də mən onları yerinə yetirirdim. Mən sadəcə istəyirəm ki, Amerika bilsin ki, ikinci dəfə onun barmağına belə toxunmadım".

Bernin sözlərinə görə, Butina ilə münasibətlərin ikinci mərhələsi 2017-ci ilin mart ayına qədər davam edib. O, daha sonra "siyasi casusluq" ilə məşğul olub və Butinanın hərəkətlərini müzakirə etmək üçün FBI ilə mütəmadi olaraq görüşüb.


Bernin Butina ilə münasibətləri haqqında açıqlamaları işdə növbəti dönüş nöqtəsi olub. Guya rusiyalı qadın seksdən istifadə edərək, milli atıcı assosiasiya da daxil olmaqla, müxtəlif siyasi qruplara daxil olmaq istəyib. Sonradan bu ittiham aradan götürülüb.


Butina öz sevgilisi, Respublika Partiyasının funksioneri 57 yaşlı Pol Erikson (Paul Erickson) vasitəsilə siyasi dairələrin nümayəndələri ilə əlaqələr qururdu. İstintaq Butinanın işi çərçivəsində ona qarşı ittiham irəli sürməyib, lakin fevralda ona elektron dələduzluqda və pulların yuyulmasında ittiham irəli sürülüb.


Butinanın vəkili Robert Driskol (Robert Driscoll) ABŞ Ədliyyə Nazirliyini Patrik Bernin müştərisini izləməkdə və bu haqda məlumatları gizlətməkdə günahlandırdı.


Dekabrda Butina özünü Rusiyada nüfuzlu siyasi fiqur olan Aleksandr Torşinin rəhbərliyi altında işlədiyi dövrdə Ədliyyə Nazirliyində xarici dövlətin agenti kimi, qeydiyyatdan keçməməkdə təqsirli bilib. Aprel ayında o, 18 aylıq həbs cəzasına məhkum edildi.Driskolun sözlərinə görə, Bern "bir çox illər ərzində FBI ilə "qeyri-standart əlaqələrdə" olduğunu və 2015-ci ildən etibarən Mariyanın həbsinə qədər bu əlaqəni saxladığını və FBI agentlərinə Mariya ilə bağlı araşdırmalarına kömək etdiyini təsdiqlədi. Bernin sözlərinə görə, bütün bu müddət ərzində o, hökumətin və federal agentlərin göstərişi ilə fəaliyyət göstərib və onların əmrlərinə uyğun olaraq, onunla manipulyativ romantik münasibətləri dəstəkləyib".
Vəkilin sözlərinə görə, FBI Bern ilə Butina arasındakı əlaqələr haqqında məlumat sahibi olduğunu bildirməyib.
Federal prokurorluq iddia edib ki, Butina milli təhlükəsizliyə təhdiddir. Çünki o, nəticədə Kremli dəyərli məlumatlarla təmin edə biləcək amerikalıları tapmağa çalışıb. Butinanın vəkilləri bu ittihamı rədd edir, ABŞ-a təhsil almaq üçün gəldiyini və yalnız Vaşinqtonla Moskva arasında münasibətlərin qurulmasına kömək etmək istədiyini təkid edirdilər. Butinanın özü məhkəmə zamanı bəyan etmişdi ki, əgər o, bunu etməli olduğunu bilsəydi, xarici dövlətin agenti kimi mütləq qeydiyyatdan keçərdi.
Driskolun Vaşinqton Examiner-a verdiyi müsahibədə bildirdiyi kimi, o, FBI haqqında məlumatları ötürən digər insanların da olmasından şübhələnir.
Butina Moskvanın 2016-cı il ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı istintaq çərçivəsində həbs edilmiş yeganə Rusiya vətəndaşı olub.
Onun istintaqı zamanı Müller 25 Rusiya vətəndaşına, o cümlədən 12 kəşfiyyat zabitinə və üç Rusiya şirkətinə qarşı ittihamlar irəli sürüb, lakin bu ittihamlarla bağlı heç bir həbs edilməyib.
FBI-nin Əks-Kəşfiyyat İdarəsi direktorunun keçmiş köməkçisi Robert Anderson (Robert Anderson) bildirib ki, Ədliyyə Nazirliyinin məhkəməyə dəvət olunmuş eksperti ifadələrində deyib ki, Kreml Butinanın Respublikaçılar və milli atıcılıq təşkilatı haqqında verdiyi məlumatlardan istifadə edə bilər.
ABŞ-ın Ədliyyə Nazirliyinə ünvanladığı məktubda Driskol qeyd edib: "Vaxt keçdikcə Bern daha çox əmin olmağa başlayıb ki, Mariya sadəcə ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmaq istəyən maraqlı tələbədir, Rusiya hökumətinin agenti deyil, casus və ya hüquqazidd fəaliyyətlə məşğul olmayıb. O, bu fikirləri, eləcə də onları dəstəkləyən faktları və müşahidələri səlahiyyətlilərlə paylaşdığını söyləyir".
ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndələri Vaşinqton Examiner-ın mövzunu şərh etmək xahişinə reaksiya verməyiblər. FBI nümayəndələri suallarımıza cavab verməkdən imtina ediblər.


Tarix: 31-07-2019, 13:15
Xəbəri paylaş





Xəbər lenti