“Hindistanla Pakistan arasında müharibə olarsa...” - BAŞ NAZİR

 Hindistan ilə müharibə astanasında olan Pakistanda baş nazir İmran Xan Cammu Kəşmir probleminin ağırlaşacağı təqdirdə bütün dünyanın əziyyət çəkəcəyini bildirib.
Baş nazir bu gün Pakistan parlamentindəki çıxışında Cammu Kəşmir probleminin ağırlaşacağı təqdirdə heç bir tərəfin qələbə çalmayacağı və bu münaqişənin beynəlxalq ictimaiyyət üçün ciddi nəticələrə səbəb ola biləcəyi barəsində xəbərdarlıq edib. Xan deyib: “Əgər hadisələrin gedişatı silahlı toqquşmalara doğru apararsa, heç kim zəfər qazanmayacaq və sonda hər iki tərəf bütün dünyada olduğu kimi ciddi nəticələrlə qarşılaşmalı olacaq”.
Xan Cammu Kəşmir probleminin BMT-də qaldıracağını və Hindistanın Bharatiya Canata Partiyasının (BJP) idarəçiliyi altında olan azlıqlara qarşı irqçilik etdiyi barəsində şikayət edəcəyini bəyan edib.
Pakistanın baş naziri İmran Xan ABŞ-a səfəri zamanı prezident Donald Trampı Hindistan ilə sülh müqaviləsi bağlamaq üçün vasitəçilik eləməyə dəvət eləsə də, Hindistan Pkistan ilə vasitəçisiz danışıq aparmaq istəyir.
Hurriyyet.org
Tarix: 6-08-2019, 19:46
Xəbəri paylaş





Xəbər lenti