İşə düzəltmə şirkətindən GÖRÜNMƏMİŞ FIRILDAQ-Süpürgəçi qadın 2 milyard “borca düşdü”


İşə düzəltmə şirkətindən GÖRÜNMƏMİŞ FIRILDAQ-Süpürgəçi qadın 2 milyard “borca düşdü”

Moskva vilayətinin Voskresenk rayonunda maraqlı hadisə baş verib.

Cebhe.info xəbər verir ki, həyətdə küçə süpürən xadimə qadın 2 milyard rubl borca düşüb. Bir neçə il bundan qabaq işə düzəlmək üçün bir şirkətə yaxınlaşıb. Həmin şirkətdə müsabiqədən sonra ona bir neçə sənəd imzalatdırıblar. Sənədlərə əsasən bu qadın bir neçə müddət bundan öncə bankdan 32 milyon dollar götürərək müflisləşmiş bir firmanın direktoru “təyin olunub”.

2016-cı ildə keçirilən məhkəmə zamanı ümumi borc 1.8 milyon rubl göstərilir. Qərara əsasən hər ay qadının maaşından 15 min rubl tutulur. Bu borcu qaytarmaq üçün süpürgəçi qadın 259 min il yaşamalıdır.

Tarix: 11-08-2019, 17:04
Xəbəri paylaş





Xəbər lenti