Böyük Britaniyanın hərbi gəmisi Fars körfəzinə yola düşdü
Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “HMS Kent” freqatı Fars körfəzinə yola düşüb.Teleqraf.com-un məlumatına görə, bölgədə “HMS Duncan” gəmisini əvəz edəcək.
“HMS Kent” ABŞ-la birgə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar müşahidə missiyasını həyata keçirəcək.
Bundan başqa, freqat Hörmüz boğazından keçən Böyük Britaniya gəmilərini müşayiət edəcək.
Tarix: 14-08-2019, 09:35