Radikal qruplaşmalar Suriya Ordusunun bir hərbi təyyarəsini vurub - VİDEO

 Suriya Hərbi Hava Qüvvələrinin bir ədəd Su-22 hərbi təyyarəsi İdlib əyalətinin cənubunda vurulub.

SalamNews SANA-a istinadla xəbər verir ki, Suriya HHQ-in bir ədəd hərbi təyyarəsi İdlib əyalətinin cənubunda yerləşən Xan-Şeyxun şəhəri yaxınlığında vurularaq, düşürülüb.

Suriya Ordusunun hərbi mənbələri pilotun katapult etdiyini lakin hələ ondan xəbər olmadığını bildirib.

İdlib əyalətini nəzarətdə saxlayan "Heyət Təhrir-Şam" (sabiq ən-Nusra Cəbhəsi) Su-22 hərbi təyyarəsini havadan müdafiə raketlərilə vurduğunu, pilotun da əsir götürüldüyünü bildirib.

Qeyd edək ki, Suriya Ordusu iki istiqamətdən İdlibin cənubunda yerləşən strateji Xan-Şeyxun şəhərinə doğru irəliləyib və bu strateji şəhərin 4 km-ə çatıb. Bu şəhərin ələ keçirilməsi ilə Taminə və Murik qəsəbələri, eləcə də 20-ə yaxın kənd ordunun mühasirəsinə düşə bilər.






Tarix: 15-08-2019, 09:32
Xəbəri paylaş





Xəbər lenti