Ukraynanın eks-prezidenti Pyotr Poroşenko müxtəlif yollarla ölkədən 8 milyard dollar pul çıxarıb.
Bunu “Strana.ua” saytına müsahibəsində amerikalı milyarder Sem Kislin deyib.
Onun sözlərinə görə, Poroşenko təkcə bir dövlət şirkətindən 700 milyondan 800 milyon dollara qədər vəsait çıxarıb. O bu vəsaitlərin kommersiya banklarının yenidən maliyyələşdirilməsi görüntüsüylə çıxarıldığını, sonradan isə pulların fərqli adamların ciblərinə girdiyini bildirib.