Zelenski Putinə G8-ə qayıtmağın yolunu təklif etdi: Krımı qaytar

Ukrayna prezidenti Vladimir Zelenski həmkarı Vladimir Putinə Rusiyanın G8-ə qaytarılmasının həlli yolunu təklif edib.
Bu barədə RİA "Novosti" xəbər verir.
Ukraynanın dövlət başçısı qeyd edib ki, Rusiya Krım yarımadasını geri qaytardığı və Donbasdakı münaqişəni dayandırdığı təqdirdə, G8-ə qayıda bilər.Bundan başqa, Zelenski Rusiyaya saxlanılan ukraynalı dənizçiləri azad etməyi təklif edib.
Ukrayna liderinin fikrincə, bu addım Rusiyanın "ali diplomatiyanın gündəliyində yenidən öz yerini tutmağa hazır olduğunu" dünyaya göstərəcək.
Tarix: 22-08-2019, 08:26
Xəbəri paylaş





Xəbər lenti