Rusiya Prezidenti Vladimir Putin kömür sənayesi işçilərinə erkən pensiya təminatı məsələsini həll etməyi tapşırıb.
Cebhe.info xəbər verir ki, bu barədə prezidentin kömür istehsal edən bölgələrin rəhbərləri ilə görüşdən sonra verdiyi tapşırıqlar siyahısında deyilir.
Eyni zamanda, yeraltı işlərlə məşğul olan işçilərin peşəsinə, xüsusilə qazma qurğusu ustası və qazma ustası, elektrik lokomotivi sürücüsü kimi peşələrinə xüsusi diqqət yetirilməsini tapşırıb.
Dövlət başçısı, həmçinin Energetika Nazirliyinə mədən bölgələrində kömürün dərin emalını, o cümlədən mayeləşdirilmiş qaz və ondan hidrogen istehsalını təmin etmək barədə də tapşırıq verib.