Qarğıdalı sahəsinə enmiş A321 təyyarəsinin hissələrə sökülməsi anları


Şənbə günü mütəxəssislər Moskva vilayətindəki bir qarğıdalı sahəsinə qəza riskinə görə təcili eniş etmiş Ural Hava Yollarının Airbus A321 təyyarəsinin son hissələri sökülərək aparılıb. Ən sonuncu olaraq sahədən təyyarənin kabinə hissəsi aparılıb.

A321
Aviaşirkət təyyarənin bərpa edilə bilməyəcəyinə qərar verib. Təyyarənin əvvəlcə yanacağı boşaldılıb, sonra mühərriklər və təyyarənin içəri hissəsi demontaj olunub: oturacaqlar, baqaj rəfləri, illüminatorlar, tualet kabinləri sökülüb.

A321
Sonra xüsusi texnika vasitəsiylə təkrar emal məqsədi üçün təyyarə hissələrə bölünüb. İstintaq davam etdiyinə görə təyyarənin bütün parçaları hələlik anbarda saxlanacaq.

A321
Aviaşirkətin texniki mütəxəssisi bundan əvvəl jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, təyyarənin hissələrini muzey eksponatı və ya suvenir kimi istifadə edilməsi nəzərdə tutulmur.

A321
Təyyarənin iri fraqmentləri ağır texnika vasitəsiylə 100 metr məsafədəki magistral yola daşınaraq yük maşınlarına yerləşdirilib.

A321
Bütün işlər Ural Hava Yolları nümayəndələrinin və təhlükəsizlik, xilasetmə və tibbi yardım strukturları işçilərinin nəzarəti altında aparılıb.

A321
Həftənin sonu üçün təyyarənin iri fraqmentlərindən sahədə qalan yalnız kabinə hissəsi idi.

A321
Qarğıdalı sahəsinin laynerin hissələrindən tamamilə təmizlənməsi bazar ertəsi başa çatdırılmalıdır.

A321
Moskvadan Simferopola uçan Rusiyanın Ural Hava Yollarına məxsus Airbus A321 təyyarəsi avqustun 15-də təcili sürətdə qarğıdalı sahəsinə eniş edib.

Jukovski hava limanından ayrıldıqdan sonra təyyarənin hər iki mühərrikinə quş düşüb, nəticədə hər iki mühərrik dayanıb. Təyyarənin uçuş heyəti gəmini təcili sürətdə yaxınlıqdakı qarğıdalı sahəsinə endirib, bundan sonra bütün sərnişinlər təyyarədən evakuasiya olunub.

224 sərnişin və yeddi ekipaj üzvünün hamısı sağ qalıb. Hadisənin ertəsi günü təyyarənin pilotları Dəmir Yusupov və Georgi Murzin Rusiya Qəhrəmanı fəxri adına layiq görülüblər./BBC/

Tarix: 25-08-2019, 23:25
Xəbəri paylaş





Xəbər lenti