“QƏRBİN HEGEMONLUĞUNUN SONU ÇATIR” – MAKRON
Geosiyasi dəyişikliklər səbəbindən dünyada Qərbin hegemonluğu dövrü sona çatır.Bu barədə avqustun 27-də Fransanın prezidenti Emmanuel Makron səfirlərin iclasındakı çıxışında bəyan edib.
Onun sözlərinə görə, şərait dəyişir və bu, yeni güclərin möhkəmlənməsi hesabına baş verir:
“Biz dünyada Qərb hegemoniyasının sonunu görürük. Çin ilk sıraya yüksəlib, Rusiya isə öz strategiyasında böyük uğur qazanır”.Fransa Prezidenti qeyd edib ki, dünya nizamı misli görünməmiş böhran yaşayır:
“Dünya bazar iqtisadiyyatı böhranı yaşayır. Texnoloji və ekoloji baxımdan böyük sarsıntılar baş verir. Avropa sivilizasiyasına yeni, uzaqgörən strategiya lazımdır”.AzPolitika.info
Tarix: 27-08-2019, 22:31