Rusiyanın ən varlı ailələri: Aralarında azərbaycanlılar var? - SİYAHI


Rusiyanın ən varlı ailələri: Aralarında azərbaycanlılar var? - SİYAHI

"Forbes" jurnalı Rusiyanın varlı ailələrinin siyahısını yayıb. 

Cebhe.info xəbər verir ki, bu, jurnalın sayca 6-cı reytinq cədvəlidir. Bir il ərzində Rusiyanın varlı ailələrinin sərvəti 300 milyon dollar artaraq, 25,3 milyard dollara çatıb.

Artıq 5-ci dəfədir ki, siyahıya Mixail Quçarieyev rəhbərlik edir. Onun sərvəti 5,65 milyard dollardır. Ötən il isə onun sərvəti daha çox - 5,97 milyon dollar olmuşdu.

Siyahıdaki ikinci yer Rotenberq ailəsinə məxsusdur. Onların sərvəti 4,85 milyard dollardan 5,18 milyard dollara çatıb. 

Üçüncü yerdə Tatarıstan Prezidenti Mantimer Şaymiyevin oğulları Radik və Ayrat dayanır. Onların sərvəti 320 milyon dollar artıb və ümumilikdə 2,8 milyard dollara yüksəlib.

Digər ailələr siyahını belə bölüşdürüb: 

Qapontsev ailəsi 2 milyard dollar, Evtuşenko ailəsi 1,94 milyard dollar, Rəhimqulov ailəsi 1,89 milyard dollar, Linnik ailəsi 1,6 milyard dollar, Sarkisov ailəsi 1,6 milyard dollar, Bajayev ailəsi 1,51 milyard dollar, Mixaylov ailəsi 1,16 milyard dollar. 

Bir il ərzində siyahıya Rusiyanın 3 məşhur ailəsi düşə bilməyib. Onlar keçən il siyahıda olsalar da, bu il sərvətləri azalıb. Söhbət 2018-ci ildə siyahıda 7-ci yeri tutan Şamalov, 9-cu yeri tutan Məhəmmədov və 10-cu yeri tutan Zubitski ailəsindən gedir.

Builki siyahıda azərbaycanlı milyarderlərin adı yoxdur. 

Tarix: 28-08-2019, 15:14
Xəbəri paylaş





Xəbər lenti