Rus politoloq Sorosu milli hökumətlərə düşmən sayır - tanınmışlardan reaksiya


“Soros Fondunun əsas rəhbər tutduğu “açıq cəmiyyət” ideyası dünyanı öz hökmranlıqları altında birləşdirməyi, ümumdünya hökumət qurmağı hədəfləyən qlobalistlər tərəfindən ortaya atılıb”.

Bunu “Report”a “Beynəlxalq Avrasiya Hərəkatı” (İEM) qeyri-hökumət təşkilatının sədr müavini, rusiyalı politoloq Valeri Korovin deyib.

O, qlobalistlərin önündəki başlıca əngəlin milli dövlət və hökumətlərin olduğunu söyləyib: “Ona görə də çox vaxt qlobalistlərin tərtib etdikləri planlara qarşı çıxan, onlara müqavimət göstərən hökumətlər devrilir.

Bu cür hökumətlərə qarşı təbii yolla yox, sırf qlobalist dairələrin fitvası, yaxından maliyyə, inzibati, siyasi iştirakı ilə qızışdırılan, qlobalist texnoloqlar tərəfindən yönləndirilən etiraz aksiyaları təşkil edilir.

Yəni insan hüquqları və azadlıqları, demokratiya kimi bütün qlobalist cəfəngiyyatları əlində bayraq edib küçələrə çıxan nümayişçilər mütləq qlobalistlərin iradəsini ifadə edirlər”.

Sorosu ile ilgili görsel sonucu

Qlobalist hərəkatına gənclərin sürətlə cəlb olunduğunu diqqətə çatdıran V.Korovin Sorosun ideologiyasını, mənafelərini yeridən gənclər təşkilatlarının müəyyən məqsədlərə çatmaq üçün dövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimi yaradıldığını bildirib.

Azərbaycanda Soros Fondunun fəaliyyəti 2011-ci ilə rəsmən dayandırılıb. Açıq Cəmiyyət İnstitutu hər zaman “inqilab fondu” adlandırılıb və rəngli çevrilişlərin gizli maliyyəçisi, ideoloqu kimi təqdim olunub.

Soros ayrı-ayrı respublikalarda liberal gəncliyin lokomotivi olduğu nümayişlərlə iqtidarları arxivə göndərib.

Vaxtaşırı Azərbaycanla da bağlı mülahizələr səslənib, Sorosun ölkədə müxtəlif gənclər hərəkatlarına dəstək verdiyi, Qərbin “5-ci kolon”una maliyyə ayırdığı barədə fikirlər irəli sürülüb. Soros fondunun qurucusu yəhudi əsilli milyarder Corc Sorosdur.

Rusiya iqtisadi böhranında Soros fondlarının əməyi var idi. Maraqlıdır ki, Soros hətta İngiltərəyə belə rəhm etməyib. Sorosun məşhur funtsterlinq fırıldağında İngiltərə bankı (bank of England) 20 milyard dollar itirmişdi.

Həmin fırıldağın hesabına Corc Soros bir gündə 1.3 milyard dollar gəlir əldə etmişdi. Həmin hadisə “Qara çərşənbə” adı ilə yadda qaldı.

Onun gürcü müxalifətinə ayırdığı pulların sayəsində Gürcüstanda "narıncı inqilab” baş verməsini dolayısı ilə etiraf etmişdi.

Belarusda, Özbəkistanda, Türkmənistada fəaliyyəti qadağan olunub, Rusiyada fəaliyyəti məhdudlaşdırılıb.

Politoloq HikmÉt HacızadÉ ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Soros Azərbaycanda humanitar layihələrə 14 milyon xərcləyib:“Vətəndaş cəmiyyətinin inkişafına, təhsil proqramlarına, dərsliklərə, müəllimlərin tədris prosesində təkmilləşdirilməsinə, müxtəlif kurslara da maliyyə ayırıblar.

Yəni, tək qeyri-hökumət təşkilatlarına qrantlar ayrılmayıb. Həkimləri kurslara göndəriblər və bütün bunların qarşılığında Azərbaycandan bir qəpik xeyri görməyiblər”.

Politoloq deyir ki, Soros demokratiya tərəfdarıydı: “Amma QHT-lərə inqilab üçün pul verilməsi nağıldır. QHT inqilab edəndir? Eyni zamanda aydın məsələdir ki, müxtəlif ölkələrdə gənclər təşkilatlarına dəstək verirlər, demokratiyanın tədrisinə qrantlar ayırırlar. Ancaq Soros kiminsə əlinə avtomat vermir ki, get inqilab elə. Soros arzularını gizlətmirdi, demokratiya istəyirdi və məxfi planları da yox idi...”

ÆlimÉmmÉd Nuriyev ile ilgili görsel sonucu

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev rus politoloqun fikirlərini onun subyektiv yanaşması hesab edir:

“Dünyanın müxtəlif mətbuat səhifələrində Soros barəsində təzadlı fikirlər səslənməkdədir. Onu rəngli inqilabların sponsoru da sayan var, vətəndaş cəmiyyətinin inkişafına dəstək verən fond kimi təqdim edən də...

Bu məsələdə fərqli baxışlar var və hansısa xüsusi xidmət orqanı təsbit edə bilər ki, Soros inqilablar üçün pul xərcləyib. Bizim əlimizdə sübutlar yoxdur”.

Ə.Nuriyev Sorosun son olaraq Macarıstanda ofisinin bağlanmasını yada saldı: “Tramp Sorosu ittiham elədi ki, demokratları maliyyələşdirir.

Yəni, bu fondun inqilaba dəstək verdiyini söyləmək çətindir. Bəzi ölkələrdə Soros arzuolunmazdır. Amma Sorosda çalışanlar indi Ermənistanda iqtidardadır”.

Ə.Nuriyev Azərbaycanda da Sorosun layihələrdə iştirak etdiyini vurğuladı: “Bizim təşkilat da bir dəfə qrant alıb, vaxtilə olub. Əsasən təhsil layihələrinə dəstək verirdilər. Amma özləri fəaliyyətini dayandırıb getdilər”.


Tarix: 28-08-2019, 21:41
Xəbəri paylaş





Xəbər lenti