ABŞ-Rusiya: Silah savaşından kim zərərli çıxacaq?


ABŞ-Rusiya: Silah savaşından kim zərərli çıxacaq?

ABŞ və Rusiyanın yaxın və ortamənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxdıqdan sonra, hər iki ölkə sürətli silahlanmaya start verib.

Maraqlıdır ki, SSRİ dönəmində də bu cür proses yaşanırdı və demək olar ki, ABŞ, o dövrdə SSRİ-nin sürətli silahlanmaya istiqamətləndirmişdi. Nəticədə silahlanmaya ayrılan böyük pullar iqtisadi çətinliklər yaratdı və SSRİ dağıldı. Hazırkı proseslər də o dövrün hadisələri ilə eynilik təşkil edir. Doğrudur, siyasi situasiyalar kifayət qədər fərqlidir, amma Rusiyada iqtisadi çətinliklərin olduğu məlumdur. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da bu məsələdə ciddi önəm kəsb edir.

Maraqlıdır, bu dəfəki prosesdən kim zərərli çıxacaq? ABŞ dağılacaq, yoxsa Rusiya?

Politoloq Əhəd Məmmədli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya silah ixrac etməklə həm də pul qazanır.

 

“SSRİ-nin vaxtında bu belə idi, Rusiya Federasiyasının vaxtında da belədir. Rusların ən yaxşı bacardığı iş “araq içmək” və silah satmaqdır. Silah satışı ilə Rusiya həm də büdcəsini doldurur. Deməyim odur ki, ruslar silah satmaqla həmişə məşğul olub və yenə də olacaqlar. O ki qaldı, Rusiyanı ABŞ-la silah rəqabətinə, hər iki ölkə on illərdir silah istehsal edir, dünyaya satır. “Soyuq müharibə” zamanı ikiqütblü dünyanın bir başında ABŞ, o biri başında isə Sovet Rusiyası dururdu. Bu rəqabətdə ABŞ qalib gəldi və nəticədə SSRİ dağıldı. İndi yenə də ABŞ-ın Rusiya ilə rəqabəti yaranıb. Daha doğrusu revanş yanğısı ilə alışıb yanan Rusiya Amerika ilə siyasi rəqabətə yenə girib. Fikrimcə, SSRİ indiki varisi Rusiya Federasiyasından daha güclü, nüfuzlu idi, amma “soyuq müharibə”də ABŞ-a uduzdular. Düzdür, dünya yaxın keçmişdə olduğu kimi iki və ya bir qütblü deyil. Artıq ABŞ və Rusiyadanda başqa oyunçular da var. Tramp və digər amerikalı rəsmilər əsas opponentlərinin Çin olduqlarını bildiriblər. 

Əgər SSRİ-nin ABŞ-la mübarizəsində, Çin birincilərin kiçik qardaşı rolundadırsa, indi artıq vəziyyət dəyişib və Çin-ABŞ rəqabətində Rusiya kiçik qardaş rolundadır. Hələ bilmək olmaz, bu kiçik qardaş rolunda ruslar çinlilərin yoxsa, amerikalıların yanında olacaq. Ona görə də mən yeni siyasi situasiyanı yuxarıda qeyd edilən kimi dəyərləndirməyə tövsiyə edərdim”.

Vilayət Muxtar

Tarix: 30-08-2019, 21:41
Xəbəri paylaş





Xəbər lenti