Almaniyada müəmmalı qətl: Avropa Putin kabusu altında...


Almaniya mediasının Rusiya prezidentinə killerdən istifadə ittihamının səbəbləri nədir?

Almaniyanın həftəlik “Bild am Sonntag” qəzeti ikinci çeçen müharibəsinin fəal iştirakçısı Zəlimxan Xanqoşvilini ölürməkdə şübhəli bilinən killerin fotosunu yayımlayıb. Azeuronews.com xəbər verir ki, bu, 49 yaşlı Vadim Sokolovdur. “Bu killer Berlində Putin üçün öldürdü?” başlıqlı xəbərdə alman qəzeti yazıb ki, 2009-cu il tarixli biometrik olmayan pasportla viza alaraq Almaniyaya gələn killerin yaşayış yeri Sankt-Peterburq göstərilib.

Qəzet iddia edir ki, əslində bu adda biri Sankt-Peterburq şəhərində yaşamır. Ona verilən pasport və Şengen vizası saxta olub. “Bild am Sonntag”ın danışdığı xüsusi xidmət orqanlarının əməkdaşları bildiriblər ki, qətldə şübhəli bilinən V.Sokolov Almaniyaya yalnız Z.Xanqoşvilini öldürmək üçün gəlib. Eyni zamanda killerin Rusiya silahlı qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı olan Baş Kəşfiyyat İdarəsi (rus. Qlavnoe razvedıvatelğnoe upravlenie - QRU) ilə əlaqəsi istisna edilmir.

Zəlimxan Xanqoşvili Gürcüstanın əsasən çeçenlərin yaşadığı Pankis dərəsində anadan olub. O, müharibədən sonra Rusiya tərəfindən axtarışa verilib. Daha sonra Z.Xanqoşvili Gürcüstan Daxili İşlər Nazirliyinin Antiterror bölməsinin əməkdaşı vəzifəsində çalışıb.

ZÉlimxan XanqoÅvili ile ilgili görsel sonucu

Vadim Sokolov

Hələ 2014-cü ildə Z.Xanqoşvilini Pankisin Duisi kəndində məsciddə partladaraq öldürmək istəyiblər. 2015-ci ildə isə o, Tiflisin mərkəzində yenidən sui-qəsdə məruz qalıb. Silahlı adamlar ona 4 dəfə atəş açıblar. Yalnız xəstəxanaya vaxtında çatdırılması həmin vaxt onu ölümdən qurtarıb. İkinci sui-qəsddən sonra Z.Xanqoşvili Ukraynaya köçüb və burada Rusiyaya qarşı mübarizəsini davam etdirib. Ukraynaya köçən bir sıra Putin rejimi əleyhdarlarının aqibətlərinin acı sonluqla bitməsi onu Almaniyaya köçməyə və burada sığınacaq istəməyə məcbur edib. Son dövrlərdə onun Brandenburq və Berlində yaşadığı bilinirdi.

Z.Xanqoşvili bu il avqust ayının 23-də Berlinin Moabit rayonundakı bir parkda başına yaxın məsafədən atəş açılmaqla qətlə yetirilib. Almaniya hüquq-mühafizə orqanları sui-qəsdin olduqca peşəkar şəkildə planlandığına, həyata keçirildiyinə və xarici ölkənin kəşfiyyat strukturu tərəfindən icra olunduğuna diqqət çəkib.

Beləliklə, alman mediası Rusiya prezidentini killerdən istifadədə ittiham edir. Bir dövlət başçısına qarşı bu qədər ağır ittiham irəli sürülməsinin arxasında hansı məqsədlər ola bilər? Putinin Almaniya və ümumiyyətlə, Avropa ilə münasibətlərinin gərginləşməsinə bu ittiham yol açarmı? Bu, həm də Putinə qarşı gələcəkdə ciddi hüquqi ittihamlar üçün ilkin hazırlığın simptomları sayıla bilərmi?

Politoloq NÉzakÉt MÉmmÉdova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, Putinə qarşı bu ittihamlar bir neçə səbəbdən qaynaqlanır. Bu, onun keçmişdə DTK çekisti olmasından irəli gəlir. Qərbdə SSRİ DTK-sı barədə indiyədək ağılasığmaz əfsanələr dolaşır, “soyuq müharibə” dövründə dünyanı lərzəyə salan SSRİ kimi fövqəldövlətin xüsusi xidmət orqanı barədə hələ də xof qalmaqda davam edir: “Əslində Qərb üçün Putinin psixoloji portreti onun çekist, kəşfiyyatçı obrazında təcəlli edir və bir qayda olaraq Qərbdə sovet çekistləri təxribatlar törədən, düşmənlərinə qarşı amansız sui-qəsdlər törədən qəddar, məxfi, gözəgörünməz fövqəlinsanlar kimi bir obrazda təsəvvür və təsvir edilib. Rusiya kimi bir dövlətin başında Putin kimi bir çekistin olması bu xofu artıq bir kabusa çevirib. Ona görə də istənilən hadisəni sui-qəsd kimi görürlər, yaxud bu cür təqdim etməkdə maraqlıdırlar. Sanki Avropada yenidən Soyuq müharibə yelləri əsir və kommunizm kabusu başqa bir formada qayıdır”.

Politoloq vurğuladı ki, Putin dövlətçiliyi hər şeydən üstün tutan bir təfəkkürə malik siyasi xadimdir. O, sovet cəmiyyətinin yetirdiyi insandır: “O, prezident olduqdan sonra həm ölkə daxilində, həm xaricindəki fəaliyyəti ilə daima sübut edib ki, dövlət marağı onun üçün müqəddəsdir, hər şeydən, hətta insan həyatından daha üstündür. O, sovet xüsusi xidmət orqanlarının yetirməsidir və orada əsas prinsip dövlətin marağı və təhlükəsizliyi olub, nəinki insan hüquqları və s. Bu baxımdan Qərb siyasi texnoloqları bu faktdan siyasi məqsədlər üçün çox məharətlə istifadə edir. Bir çox sui-qəsdlər var ki, əslində sovet dövründə, yaxud müasir dövrdə onlar rus xüsusi xidmət orqanlarının adına yazılır. Halbuki ittihamlar heç bir dəlil-sübutla öz təsdiqini tapmayıb. Bəzən Rusiya ətrafında xof yaratmaq, spekulyasiya etmək, Rusiyanı müəyyən diskreditasiya etmək üçün bir çox cinayətlərdə Rusiya xüsusi xidmət orqanlarının izinin olması qeyd edilir. Lakin bunların heç biri indiyədək tam sübuta yetirilməyib.

Məsələn, 1981-ci ildə Roma Papasına sui-qəsdi sovet DTK-nın təşkil etdiyini Qərb bütün dünyaya car çəkdi. İlk baxışdan bu, ağlabatan idi. Çünki Papa Polşadan idi, SSRİ və Qərb arasında Soyuq müharibənin qızğın çağları idi və Papa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ötürdüyü pulları gizli yolla Polşada antisovet “Solidarnost” hərəkatına çatdırmaqda şübhəli bilindiyi üçün onun sovet DTK tərəfindən sui-qəsdə məruz qalması məntiqli idi. Lakin sonradan məhkəmə prosesində aydın oldu ki, sui-qəsdi Vatikandakı kardinallar təşkil etmiş ola bilərlər. Bu misalı ona görə çəkmək zərurəti yaranır ki, bəzən Qərb xüsusi xidmət orqanları özü Rusiyanı nüfuzdan salmaq, hələ də onun xüsusi xidmət orqanlarının demokratikləşmədiyini, əksinə, “soyuq müharibə” təfəkküründə  yanaşma ortaya qoyduğunu sübut etmək üçün özləri müəyyən şəxsləri aradan götürüb bunun Rusiya tərəfindən edilməsi ətrafında ajiotaj yarada bilərlər".

N.Məmmədovanın sözlərinə görə, Donald Trampın Rusiyanın Böyük Yeddilik klubuna qaytarılması cəhdləri, Emmanuel Makronun Qərbin hegemonluğunun başa çatmasını elan etməsi, Rusiyanın çoxqütblü dünyada öz yerini tutmağa layiq olduğunu bəyan etməsi bir çox güc mərkəzlərini qane etmir, onlar istənilən vasitə ilə Rusiyanın sivilizasiyalı dünyanın bərabərhüquqlu və nüfuzlu üzvünə çevrilməsini qəbul etmək istəmirlər: “Qərbdə medianın heç də söylənildiyi kimi mütləq şəkildə azad olduğunu söyləmək çətin olduğundan mediada bundan sonra Rusiya əleyhinə yazıların dərc olunaraq Qərb ictimai fikrinin anti-Rusiya ovqatına köklənəcəyi gözləniləndir və bu cür yanaşma getdikcə daha şiddətlə vüsət ala bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Tarix: 3-09-2019, 10:54
Xəbəri paylaş





Xəbər lenti