Məlumatda deyilir ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur. Həmin mənbənin bildirdiyinə görə əgər kontingent çıxarılmasa bunun ikitərəfli münasibətlərə təsiri olacaq, üstəlik ABŞ Ermənistana verdiyi minatəmizləyən avadanlığın Suriyada istifadə edilməsinə qadağa qoyacaq.
"Bu mesajı səfir müdafiə naziri David Tonoyana və xarici işlər naziri Zöhrab Mnatsakanyana çatdırıb. Mnatsakanyan ABŞ-a necə cavab veriləcəyi barədə narahatlıq ifadə edib, nazirlər vəziyyətdən çıxış yolu axtarıblar. Çünki hər iki variantda Ermənistan üçün problem yaranacağı qaçılmazdır. Həmin mənbələr təsdiq edir ki, sonda Tonoyan kontingentin çıxarılmasına qəti qarşı çıxıb”,-qəzet yazır.
Qeyd olunur ki, baş nazir Paşinyanın Rusiya və ABŞ-ın tələblərinə necə cavab verəcəyi məlum deyil. Ermənistan Rusiyanın tələbi ilə Suriyaya azsaylı hərbi kontingent göndərib və ABŞ dəfələrlə buna qarşı öz mövqeyini bildirib.