«Putin 11 sentyabrdan əvvəl Buşa zəng vurub» – MKİ-nin sabiq analitiki

 2001-ci ilin 11 sentyabında Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarından 2 gün əvvəl Rusiya prezidenti Vladimir Putin Amerikalı həmkarı Corc Buşa (oğul) zəng vurub və təhlükə barədə xəbərdarlıq edib. Bu barədə ameprikalı politoloq-diplomat, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə sabiq analitiki Corc Bibi özünn yeni kitabında söhbət açıb.
«Putin prezident Buşa zəng vuraraq, xəbərdarlıq edib ki, Rusiya kəşfiyyatı yaxınlaşan terror kampaniyasının- çoxdan hazırlanan və Əfqanıstandan qaynaqlanan kampaniyanın əlamətlərini müəyyən edib» - Bibi öz kitabında yazıb. 
O, qeyd edib ki, faciənin baş verdiyi gün – 11 sentyabrda – Putin xarici liderlər sırasında ilk olaraq başsağlığı vermək üçün Ağ evə zəng vurub.
11 sentyabr 2001-ci ildə «Əl-Qaidə» təşkilatının19 döyüşçüsü 4 sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini terrorçular Ümumdünya Ticarət Mərkəzinin (ÜTM) Nyu-Yorkdakı qüllələrinə, üçüncüsünü isə Pentaqonun Vaşinqtondakı binasına yönəldiblər. Dördüncü təyyarə isə ABŞ paytaxtına doğru uçub, ancaq Şenqsvill şəhərinin (Pensilvaniya ştatı) yaxılığında qəzaya uğrayıb.
Terror qruplaşmasının törətdiyi terror aktları nəticəsində 3 minə yaxın adam həlak olub.
AzPolitika.info
Tarix: 7-09-2019, 08:50
Xəbəri paylaş





Xəbər lenti