Köçəryanın tərəfdarları və əleyhdarları məhkəmə önünə toplaşıb


Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və digərlərinin mühakimə olunduğu məhkəmə binası önündə izdiham yaşanır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Şenqavit rayon məhkəməsi qarşısına Köçəryanın tərəfdarları və əleyhdarları toplaşıb. A.Danibekyanın sədrliyi ilə keçirilən məhkəmə prosesində R.Köçəryanla yanaşı, S.Ohanyan, Y.Xaçaturov və A.Qevorgyan mühakimə olunur. R.Köçəryanın tərəfdarları eks-prezidentin həbsdən azad olunmasını tələb edirlər. Əraziyə polis qüvvələri cəlb olunub.

Müşahidələr göstərir ki, İrəvanda hər an toqquşmalar başlaya bilər.

Tarix: 12-09-2019, 17:00
Xəbəri paylaş





Xəbər lenti