Aparıcı iqtisadi beyin mərkəzlərindən olan Alman İqtisadi Tədqiqatlar İnstitutu (İFO) Almaniyanın ardıcıl dördüncü ildir dünyanın ən yüksək cari profisiti olan ölkə olacağını açıqlayıb.
Cebhe.info xəbər verir ki, İFO-nun araşdırmasına görə, bu il Almaniyanın mal, xidmət və investisiya axınını ölçən cari hesab profisiti ümumi daxili məhsulun (ÜDM) 7.4 faizdən 7.1 faizə geriləyəcək.
Buna baxmayaraq, Almaniya ardıcıl dördüncü ildir 276 milyard dollarla dünyada ən yüksək cari profisiti olan ölkəsi olacaq. Ölkənin mövcud profisiti xaricdən aldığı mal və xidmətlərdən daha çox ixrac etməsi deməkdir.
Almaniyanı 188 milyard dollarla Yaponiya və 182 milyard dollarla Çin izləyir.
İFO-ya görə, dünyada ən böyük iqtisadiyyatına sahib olan ABŞ, Prezident Donald Trampın Çinə qarşı "yüksək ticarət kəsirini azaltmaq" üçün gömrük rüsumlarını artırmasına rəğmən, bu il dünyada 480 milyard dollarla ən yüksək cari kəsiri olan ölkəsi olacaq.
Almaniya xüsusilə ticarət balansındakı yüksək profisitə görə, Prezident Tramp tərəfindən tənqid edilmişdi. Ölkəsinin ikitərəfli ticarətdə zərərli çıxdığını iddia edən Traump, buna görə Almaniyadan idxal edilən avtomobillər kimi məhsullara əlavə gömrük rüsumu tətbiq etməklə hədələyir.
Son 8 ildə Almaniyanın cari hesab balansının ÜDM-ə nisbəti Avropa Komissiyası tərəfindən müəyyən edilmiş 6 faizlik həddən artıq olub.
Almaniyanın ixracatı bu ilin ilk 7 ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 781.3 milyard avro, idxal isə 2.5 faiz azalaraq təxminən 650.2 milyard avroya çatıb. Beləliklə, bu ilin ilk 7 ayında ölkənin ticarət profisiti 131.1 milyard avro təşkil edib.
2018-ci ildə Almaniya 294 milyard dollarla dünyada ən yüksək cari hesab profisiti olan ölkə olub.