Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ölkənin neft istehsalı və ixracına ciddi ziyan dəyib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.
Məlumata əsasən, hücum səbəbindən neft hasilatı gündə 5 milyon barelə qədər azalıb.
Bu, Səudiyyə Ərəbistanının indiki neft istehsalının yarısını təşkil edir.