Suriya İrandan bu yaxınlarda nümayiş etdirilən “BAVAR-373” zenit-raket kompleksləri almaq istəyir.
Virtualaz.org Avia.pro portalına istinadla bildirir ki, buna səbəb Rusiyanın Suriyaya ötən il verdiyi S-300 PMU “Favorit” zenit-raket komplekslərinin İsrail təyyarələrinə qarşı işə yaramamasıdır.
Bildirilir ki, həmin Rusiya sistemləri tətbiq zamanı olduqca aşağı effektivlik nümayiş etdirib və nəticədə Suriya rejimi İrandan bir diviziyon “BAVAR-373” almaq istəyir. Bu haqda informasiya suriyalı jurnalistlər arasında aktiv şəkildə yayılır, onlar hansısa hərbi mənbəyə istinad edirlər.
Məlumata görə İran öz zenit-raket komplekslərini “xüsusi qiymətə” Suriyaya verməyə hazırdır, amma bir şərtlə ki, onlar Rusiya sistemlərindən asılı olmasın, onlara interrə edilməsin.
Qeyd etmək lazımdır ki, S-300 PMU “Favorit” kompleksləri Suriyada olduğu bir ilə yaxın müddətdə heç vaxt tətbiq edilməyib. Ən azından bu haqda rəsmi məlumat yoxdur. Baxmayaraq ki, İsrail aviasiyası tez-tez Suriyaya zərbələr endirir. Bir məlumata görə bunun səbəbi odur ki, S-300 sadəcə olaraq İsrail qırıcılarını “görə bilmir”, digər məlumata görə Rusiya onların İsrail qırıcılarına qarşı tətbiqinə icazə vermir.
Syrians are reportedly keen to acquire the latest Iranian anti-aircraft "Bavar-373" air defense system.
— Y.N.M.S (@nm79797979) 13 сентября 2019 г.
In the context of Zionist attacks on their country's territory and Russian hesitation in using the S-300 / S-400 against "Israeli" bandits, this is a rational solution. pic.twitter.com/LlW8uJvi3O
Suriyanın Müdafiə Nazirliyi hələlik məlumata şərh vermir. “BAVAR-373” texniki-taktiki göstəricilərinə görə S-300 komplekslərinə oxşardır. Hesab edilir ki, Moskva etiraz etsə belə Əsəd həmin sistemləri İrandan ala bilər.