TƏYYARƏLƏR BOMBA YAĞDIRDI! - İran hərbçiləri həlak oldu
Suriyanın şərqində hava hücumu nəticəsində 10 nəfər İran hərbçisinin həlak olduğu bildirilir. Məlumatı mərkəzi ofisi İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidə Evi yayıb.Müşahidə Evi hücumun Suriyanın şərqində, İraq sərhədinə yaxın əl-Bukamal bölgəsində həyata keçirildiyini bildirib.
Hücumu kimin etdiyi bəlli deyilMüşahidə Evi hücumun kim tərəfindən həyata keçirildiyi barəsində də məlumat verməyib. Ötən günlərdə də eyni bölgədə İran hərbçiləri hədəfə alınmış, hücumun İsrailə məxsus F-35-lərlə həyata keçirildiyi bildirilmişdi.
Hurriyyet.org
Tarix: 17-09-2019, 22:58