Yəməndə davam edən və on minlərlə insanın məhvinə səbəb olan vətəndaş müharibəsi dayandırıla bilər.
Cebhe.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) İranın dəstəklədiyi husilərin atəşi dayandırmaq təklifini rəğbətlə qarşılayıb. Husilərin Ali Siyasi Şurasının sədri Mehdi əl Maşat Səudiyyə Ərəbistanına qarşı bütün hava zərbələrini dayandıracaqlarını bəyan edib.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits avia zərbələrin və raket hücumlarının dayandırılmasını məmnuniyyətlə qarşılayıb. Husilər bu təklifi Səudiyyənin milli neft şirkəti olan “Səudi Aramco”ya raket hücumundan bir həftə sonra verilib.
Qeyd edək ki, husilər hücumu öz üzərinə götürsə də, ABŞ və Səudiyyə rəhbərliyi raket zərbələrinə görə İranı suçlandırıb.