Neft qurğularına hücum - ABŞ nə üçün yerin altında neft saxlayır?


bel_neft

Səudiyyə Ərəbistanında neft qurğularına hücumdan sonra ABŞ öz neft ehtiyatlarını dövriyyəyə buraxa biləcəyini açıqlayıb.


Neftin qiyməti qalxandan sonra prezident Donald Tramp neft tədarükündəki problemi aradan qaldırmaq üçün ABŞ-da təcili hallar üçün saxlanan neft ehtiyatını bazara çıxara biləcəyini bildirib.

Söhbət Texas və Luziana əyalətlərindəki yeraltı duz mağaralarında saxlanan 645 milyon barrel neftdən gedir.

"Strateji ehtiyat" ideyası 1970-ci illərdə yaranıb.

Ehtiyatların Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin 90 günlük tələbatını ödəməsi nəzərdə tutulur. Ən çox neft ehtiyatına sahib olan ölkə ABŞ-dır. (Qaynarinfo.az)

Tarix: 22-09-2019, 22:53
Xəbəri paylaş





Xəbər lenti