Ukrayna generalı Donbasda münaqişənin bitdiyinin anonsunu verdi


“Moskva və Kiyev arasında əsirlərin buraxılması, habelə Rusiya prezidenti Vladimir Putinin “ehtiyatlı bəyanatları” Kremlin Donbasdakı münaqişəni bitirməyə hazır olduğunu göstərir”.

Musavat.com “Obozrovatel” saytına istinadən xəbər verir ki, bu barədə ukraynalı general, ölkənin NATO-dakı missiyasının keçmiş rəhbəri Pyotr Qaraşuk bəyan edib.

Onun sözlərinə görə, Ruisya cəmiyyəti artıq müharibədən, gələn tabutlardan bezib.

“Əsirlərin dəyişdirilməsi, rus qoşunlarının mövqelərindən geri çəkilməsi, bizim prezidentin Luqansk istiqamətindəki körpüyə birbaşa çıxması və Putinin son dövrlərdəki mövqeyi... bütün bunlar deaskalasiyanın əlamətləridir”,-deyə ukraynalı hərbçi bildirib.

Pyotr Qaraşuk Vladimir Putin və Vladimir Zelenskinin Donbasdakı müharibənin sonlandıra və qoşunları çəkə biləcək yeganə liderlər adlandırıb.

“Burada baş skripkanı bizim prezident oynamalıdır. Lakin o, heç bir vəchlə Moskvaya getməməlidir. Bu tamamilə yanlış və istisna olunan variantdır”,-deyə general-mayor bildirib.

Qeyd olunur ki, bundan öncə, sentyabrın 20-də Ukrayna xarici işlər naziri Vadim Pristayko Donbasdakı blokadanın qaldırılmasının şərtlərini açıqlayıb. Onun bildirdiyinə əsasən, öncə Kiyevin nəzarəti altında olmayan ərazilərdəki bütün müəssisələr geri qaytarılmalı, hərbi qüvvələr buraxılmalı və ukraynalı əsirlər dərhal azad olunmalıdır.

Tarix: 22-09-2019, 23:24
Xəbəri paylaş





Xəbər lenti