Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır


Ermənistanda "misli görünməmiş" səfərbərlik başlayır

Sentyabrın 24-dən oktyabrın 5-dək respublikada genişmiqyaslı hərbi səfərbərlik keçiriləcək.

Virtualaz.org Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan məlumat verib.

"Bizdə belə genişmiqyaslı səfərbərlik keçirilməyib, lakin vurğulamaq istərdim ki, bu say beynəlxalq öhdəliklərimizə uyğundur", - deyə Tonoyan səfərbərliyin məqsədinin Ermənistan Silahlı Qüvvələrinin vəziyyətini qiymətləndirmək üçün keçirildiyini söyləyib.

Onun sözlərinə görə, ehtiyatda olanlar da hərbi təlimlərdə iştirak edəcəklər. Əsgərlərin 4% -i üç-beş gün ərzində səfərbərliyə cəlb ediləcək, qalanları isə bir gün ərzində çağırılacaq.

Baş nazir Nikol Paşinyan isə öz növbəsində qeyd edib ki, bu həcmdə genişmiqyaslı bir tədbirin keçirilməsi ilk dəfə olacaq. O bəzi mülki şəxslərin də bu proseslərdə iştirak edəcəyini əlavə edib.



Tarix: 23-09-2019, 20:25
Xəbəri paylaş





Xəbər lenti