Britaniya parlamenti 25 sentyabrda işini davam etdirəcək.
Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Con Berkou məlumat verib. Onun bu bəyanatı Birləşmiş Krallığın Ali Məhkəməsi 24 sentyabrda parlamentin işini 14 oktyabra qədər dayandırmaq barədə baş nazir Boris Consonun qərarını qanunsuz elan etməsindən sonra səsləndirilib. Məhkəmə parlamentın işini məqsədəuyğun istənilən zaman davam etdirməsi barədə qərar çıxarıb.
Berkou məhkəmənin qərarını təsdiqləyib və bildirib ki, əvvəlki qərara səbəb ölkə üçün çətin zamanlarda Nazirlər Kabinetinin nəzarət etmək imkanını azaltmaq olub.
25 sentyabda parlament nazirliklərin işi ilə bağlı məsələyə baxacaq. Ancaq Baş nazir iclasda iştirak etməyəcək. Çünki o, Nyu-Yorkda BMT Baş Assambleyasının iclasındadır.
Məhkəmənin qərarından sonra Consonun əslində kraliçanı da aldatdığına dair müzakirələr ortaya çıxıb.