«Rusiya və Çin birgə planları vaxtından qabaq reallaşdırır» – Putin

 Sentyabrın 25-də Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin Çin Kommunist Partiyası (ÇKP) siyasi bürosunun Daimi komitəsinin üzvü, Bütün Çin xalq nümayəndələri məclisinin Daimi komitəsinin sədri Li Çjanşunu qəbul edib.
Görüşdə bəyan edib ki, Rusiya və Çin iqtisadi, humanitar əlaqələr, hərbi əməkdaşlıq və beynəlxalq səhədə qarşılıqlı fəaliyyət istiqamətlərində bütün planları praktiki olaraq reallaşdırırlar.
Putin salamlama nitqində qeyd edib ki, bu postda Li Çjanşu ilk dəfədir ki, Rusiyaya səfər edir. «Mən şadam ki, Çin Xalq Respublikası parlamentinin başında Rusiya-Çin münasibətlərini yaxşı bilən, anlayan şəxs dayanır. O, bizim strateji həmkarlığımızın inkişafını həmişə dəstəkləyib» – Putin bildirib.
Prezident Si Tsizinpinin Rusiyaya bu ilin yayındakı rəsmi səfərini xatırladan Putin qeyd edib ki, Rusiya və Çin arasında münasibətlərin xarakteri beynəlxaq arenada ikitərəfli əməkdaşlığın nümunəsi sayıla bilər: “Biz, bu əməkdaşlığı təsadüfən strateji həmkarlıq adlandırmırıq. Ona görə ki, həm də beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstəririk. Ancaq hər şeydən əvvəl ölkələrimizin və xalqlarımızın maraqlarından çıxış edirik. Biz, praktiki olaraq, qarşıya qoyduğumuz bütün planları reallaşdırırıq – hətta müəyən mənada, vaxtından əvvəl…».
Putin Si Tsizinpinə xoş arzuarını çatdırmağı qonaqdan xahiş edib və əmin olduğunu ifadə edib ki, RF və ÇXR liderləri beynəlxalq meydanda tezliklə görüşəcəklər…
Bunlardan başqa, Putin Çjanşunun diqqətini həm də iki ölkənin parlamentləri arasındakı effektiv əlaqələrə yönəldib.
Tarix: 26-09-2019, 09:24
Xəbəri paylaş





Xəbər lenti