“İsrail İŞİD-i dəstəkləyir, silahlandırır, tibbi yardım edir, sübut istəyirsinizmi?” - İRANDAN ŞOK İDDİA
“İsrail xəstəxanalarında yaralı İŞİD terrorçuları müalicə edilir”Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani İsrailin İŞİD-i dəstəklədiyini iddia edib. BMT-nin 74-cü Baş Assambleyasında iştirak üçün Nyu Yorka getmiş İran prezidenti “Foks Nyus” (Fox News) kanalına müsahibəsində İsrailin fəaliyyətini “terrorizm” adlandırıb. Ruhani İsrailin İŞİD-i silahlandırdığını və yaralı yaraqlılarını müalicə elədiyini iddia edib.“Sübut görmək istərdinizmi?”“Yaralı İŞİD yaraqlılarını müalicə edən və onların silahla təmin olunmasına imkan yaradan ölkə İsraildir” deyən Həsən Ruhani bu iddiasına şübhə ilə yanaşan “Foks” müxbirinə deyib.
“Əlbəttə, şübhəsiz, buna şübhəniz varmı? Dəlil-sübut görmək istəyirsinizmi?”Ruhani deyib:
“İsrail xəstəxanalarını ziyarət eləməli və yaralı İŞİD yaraqlılarını, onlara necə xidmət göstərildiyini görməlisiniz. İŞİD döyüşçülərinin ələ keçirilmiş silahlarını görməli və bunların İsrail istehsalı olduğunu anlamalısınız”.
Tarix: 26-09-2019, 09:38