某个人民的仆人落马了!儋州市原市长,三亚市原市委书记,海口市原市委书记张琦(安徽人,中共党员现年57岁)九月六日落马。其住宅内起获黄砖金条金砖数量惊人,现金13.5吨。另查获帐面来路不明资金2680亿,多套千余平方的豪宅……。又一次刷新了记录,令吾辈叹为观止,贫穷再一次限制了我们的想象力!
ÇXR polisi, Qançjou şəhərinin keçmiş meri, 57 yaşlı Çjan Tsinin evində aparılan axtarışlar zamanı külli miqdarda pul və gizli zirzəmisindən 13,5 ton külçə qızıllar tapılıb.
Virtualaz.org bildirir ki, bu barədə Çinin yerli KİV-ləri məlumat yayıb. Belə ki, Çjan Tsi Bələdiyyə sədri ilə yanaşı, digər səlahiyyətli vəzifələri icra edib. Xüsusilə də Kommunist Partiyasının katibi olub.
Qeyri-rəsmi məlumatlara görə, evdə qızıldan əlavə nağd pul 268 milyard yuan (40 milyard dollara yaxın) nəğd pul da tapılıb.
Çinin korrupsiyaya qarşı mübarizə Komitəsinin işçiləri keçmiş merin korrupsiya əməllərinin izinə onun ümumi sahəsi bir neçə min kvadratmetr olan dəbdəbəli mülklərini aşkar edəndən sonra düşüb. Şəhər rəhbəri bu mülkləri hansısa yolla xeyli müddət gizlədə bilibmiş.
Bildirilir ki, korrupsiya ilə mübarizə Komitəsinin peşəkar müstəntiqləri məmurun evindən tapılan 40 milyard dollara yaxın pulu və zirzəmidə xüsusi rəflərə yığılmış külçə qızılları görəndə şoka düşüblər. Çünki onlar indiyə qədər belə nəhəng korrupsiya faktının, bu məbləğdə pul və qızılın oğurlanmasının şahidi olmamışdı.