“Moskvanın planına “2024-cü ilə qədər SSRİ-ni bərpa etmək” daxildir”
Gürcüstan hökuməti “Rusiyanın təzyiqi altında” ölkənin NATO və Avropa İttifaqına üzv olmaq yolundan imtina edə bilər.
AzNews.az “İnterfaks”a istinadən bildirir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bəyan edib.
Saakaşvilinin sözlərinə əsasən, hətta vəziyyət elə gətirər ki, “Gürcüstan və Rusiya vahid dövlət ola bilər”.
O qeyd edib ki, rəsmi Moskvanın planına “2024-cü ilə qədər SSRİ-ni bərpa etmək” daxildir.
“RF Gürcüstan, Ermənistan, Moldova, Belorus və Ukraynanın qərb bölgələri istisna olmaqla, əsas hissəsini özünə birləşdirməyi planlaşdırır”, - deyə Saakaşvili bildirib.
Lakin o bu informasiyanın mənbəyini açıqlamayıb.