SON DƏQİQƏ: Türkiyə sərhədini keçən təyyarə vuruldu - FOTO
“Fərat Qalxanı” əməliyyat bölgəsi və Kilis vilayətinin qərb bölgəsində Türkiyənin hava məkanını 6 dəfə pozan və kimə aid olduğu hələlik bilinməyən pilotsuz təyyarə iki F-16 qırıcısı tərəfindən vurulub.Publika.az cəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, hadisə sentyabrın 28-də baş verib.
Qeyd edilir ki, pilotsuz aparat İncirlik hərbi hava bazasından qalxan F-16 qırıcıları tərəfindən saat 13:24-də vurulub.
Tarix: 29-09-2019, 22:22