Dünən Rusiyanın İrəvandakı səfirliyində Rusiya prezidenti Vladimir Putin və Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın arvadı Bella Koçaryan arasında görüş keçirilib.
Moderator.az xəbər verir ki, erməni saytlarının məlumatına görə, Ermənistanın sabiq prezidentinin ofisi və Rusiya səfirliyi bu informasiyanı şərh etməyib.
Xatırladaq ki, Robert Köçəryan 2008-ci ildə konstitusiya quruluşunu devirmək ittihamı ilə həbsdədir.
Sultan Laçın