Danışıqlar iflasa uğrayarsa: Hökumətin planı açıqlanıb


Danışıqlar iflasa uğrayarsa: Hökumətin planı açıqlanıb

Rusiya mətbuatı danışıqların iflasa uğrayacağı təqdirdə rəsmi Kiyevin planları barədə yazır. 

İddialara görə, danışıqlar iflasa uğradığı təqdirdə Kiyev Donbası tamamilə mühasirəyə alacaq.

Cebhe.info "Kommersant"a istinadən yazır ki, “Normad dördülüyü” liderlərinin danışıqlarından sonra Ukraynanın şərqindəki vəziyyət dəyişməyəcəyi təqdirdə, Kiyev daha sərt addımlar ata bilər. Bu sıraya Donbasın tam blokadaya alınması da daxildir.

Söhbət Donbas sakinlərinə pensiya, sosial müavinət ödənişlərinin dayandırılmasından gedir. Həmçinin plana əsasən elektrik, su, istilik təchizatının dayandırılması, təmas xəttində nəzarətin artırılması daxildir.  

Tarix: 4-10-2019, 22:29
Xəbəri paylaş





Xəbər lenti