SSRİ yoxdursa, mübarizə də yoxdur: Sovetlərə qarşı illərlə dirənən qurum “yoxa çıxır”


SSRİ yoxdursa, mübarizə də yoxdur: Sovetlərə qarşı illərlə dirənən qurum “yoxa çıxır”

ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının ştatlarının azaldılması göstərişini verib. 

Cebhe.info xəbər verir ki, bu barədə “Bloomberg " yazıb. Nəşr bildirib ki, bu addıma səbəb Trampın Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı ətrafında yaranan qalmaqal olub. Bu söhbətdə Tramp Zelenskidən 2020-ci il seçkisində əsas rəqibi olacaq Co Baydenin oğluna Ukraynada cinayət işi açılmasını tələb edib. Bundan sonra demokratlar Trampın impiçmentini zəruri sayıb. 

Nəşr hesab edir ki, prezidentə iradların yaranmasına səbəb məhz Milli Təhlükəsizlik Şurası üzvlərindən birinin informasiyası olub.

İkinci səbəb kimi Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu vəzifəsindən azad etməsi göstərilir. Bu postu hazırda Robert O Brayen tutur. İxtisar sözügedən qurumu daha kompakt fəaliyyətə keçirəcək. 

Hazırda qurumda 310 əməkdaş var. Onların əksəriyyəti xüsusi xidmət orqanlarının, Müdafiə Nazirliyinin, Dövlət Departamentinin əməkdaşlarıdır. İxtisarın neçə nəfəri əhatə edəcəyi hələlik bəlli deyil. 

Sözügedən Şura 1947-ci ildə Prezident Harri Trumenin qərarı ilə yaradılıb. Əsas məqsəd SSRİ ilə mübarizə olsa da, SSRİ-nin dağılmasından sonra da qurum fəaliyyətini davam etdirib. 

Tarix: 6-10-2019, 14:12
Xəbəri paylaş





Xəbər lenti