ABŞ nüvə məsələsində düşmən mövqe sərgiləməyə davam edəcəyi təqdirdə danışıqlar masasına oturmayacağıq.
Bu barədə Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"ABŞ mövqeyində dəyişiklik etməsə, bu bezdirici müzakirələri davam etdirməyəcəyik", - məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Ş.Koreyanın ABŞ-la müzakirələri dayandırması haqda məlumat yayılmışdı. (Axar.az)