Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la Telman İsmayılovun evinə getdi - VİDEO


Mafiya başçısı Azərbaycan nömrəli  “Rolls-Royce”la Telman İsmayılovun evinə getdi
Məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda hansı avtomobillə gəzdiyi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, biznesmen 10-LH-100 Azərbaycan dövlət nömrə nişanlı “Rolls-Royce Phantom” avtomobilində gəzir. Avtomobil oğlu Ələkbər İsmayılovun adınadır.

Qeyd edək ki, T.İsmayılov sözügedən avtomobilini 2010-cu ildə sürmək üçün Türkiyədən Bakıya təyyarəsi ilə gətirmişdi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Telman İsmayılov “Rəis” ləqəbli kriminal avtoritet Sedat Pekeri Monteneqroda öz evinə bu avtomobildə aparıb.



Tarix: 10-10-2019, 17:14
Xəbəri paylaş





Xəbər lenti