Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatının 3-cü günündə PKK və onun Suriya qanadları olan YPG-PYD qruplaşmasının silahlıları ilə gücülü atışma baş verib.
Nəticədə 1 türk hərbçisi şəhid olub, 3-ü yaralanıb.
Musavat.com bu barədə CNN Türk-ə istinadən xəbər verir. Məlumatı Türk Silahlı Qüvvələri rəsmi internet səhifəsində yayıb.
Xatırladaq ki, ötən gün terrorçu qruplaşmanın üzvlərinin Suriya ərazisindən Türkiyənin Mardin, Şanlıurfa bölgələrinə atdıqları raket və top mərmisinin partlaması nəticəsində 8 dinc sakin ölüb, 80-dən çox insan yaralanıb.
Qeyd edək ki, ölənlərin 2-si uşaqdır.