"Rusiya Suriyanın Kobani şəhəri və Hələb əyalətində Türkiyənin hərbi əməliyyatlar keçirməsinə qarşı çıxmır".
Cebhe.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, bu məsələdə Putinin heç bir etirazı yoxdur: "Müxtəlif şaiyələr gəzir, ancaq bizə elə gəlir ki, Kobani ilə problem olmayacaq. Rusiya bu məsələyə pozitiv yanaşır".
Prezident onu da qeyd edib ki, Türkiyə ordusu Minbicə girmək niyyətində deyil, bu ərazi indiyə qədər kürd birləşmələrinin nəzarətindədir. Ərdoğan qeyd edib ki, bu şəhəri onun əsl sahibləri olan ərəblər götürəcək, təhlükəsizliyi isə Ankara təmin edəcək.
Xatırladaq ki, Suriyada hərbi əməliyyat 9 oktyabrda başlayıb.