Lavrov: "ABŞ-ın sanksiyalarından heç kim sığortalanmayıb"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, dünyanın heç bir dövləti ABŞ-ın sanksiyalarından sığortalanmayıb."Report" xəbər verir ki, bu barədə diplomat "Rusiya 24" telekanalının "Beynəlxalq icmal" verilişinin efirində bildirib.O, qeyd edib ki, ABŞ-ın sanksiyalarından hətta onların müttəfiqləri də sığortalanmayıb.
"Bu, elə dəyənəkdir ki, tamamilə qayğısız" yelləyirlər, - Lavrov deyib.Rusiyanın xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, başqa dövlətlərlə iqtisadi əlaqələrdə dollarla hesablaşan ölkələr istənilən vaxt ABŞ-ın geosiyasi fikirlərinin girovlarına çevrilə bilərlər.
Tarix: 2-11-2019, 09:00