Prezidentin ofisində əlbəyaxa dava: PA rəhbərinin dişi sındırıldı


Prezidentin ofisində əlbəyaxa dava: PA rəhbərinin dişi sındırıldı

Ukraynada dövlət rəsmiləri arasında əlbəyaxa dava olub. 

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, dava Ukrayna Təhlükəsizlik Şurasının sədri İvan Bakanov və Prezident Administrasiyası rəhbəri Andrey Boqdan arasında olub. Bu barədə xəbərləri daha sonra jurnalist Sanoslav Reçinski də sosial şəbəkə hesabında yazıb. LB.ua-nın şef redaktoru da xəbəri təsdiqləyib. 

Bildirilir ki, Bakanov və Boqdan 30 oktyabrda Kiyevdəki Bank küçəsində dava edib. Bu küçədə Prezident Vladimir Zelenskinin ofisi yerləşir. Davada Boqdanın dişi sınıb, həmin vaxtdan etibarən işə çıxmayıb. 


Tarix: 3-11-2019, 10:32
Xəbəri paylaş





Xəbər lenti