Ölkədə yaranmış böhrandan qaçan İranlılar Türkiyəyə axın ediblər


Iranlı qızlar Türkiyədə

İranda benzin bahalaşması səbəbindən keçirilən etiraz aksiyaları ölkədə qarışıqlıqlara səbəb olub. Yaranan bu xaosdan uzaqlaşmaq istəyən insanların əksəriyyəti isə Türkiyəyə axın edib.


Bizimyol.info xəbər verir ki, imkanlı İranlıların Türkiyəni seçməklərinin əsas səbəblərindən biri də burada "azadlıq və spirtli içki"nin olmasıdır.

ABŞ sanksiyaları nəticəsində iqtisadi böhran yaşayan ölkənin vətəndaşlarının Türkiyəyə "qaçdıqları" məlum olub. Ötən il Türkiyəyə gələn İran vətəndaşlarının sayının 30 min olduğu məlum olub. Onlara hətta Türkiyədə ev alaraq buranın vətəndaşı olmaq imkanı yaradılıb: "Buradan 250 dollarlıq ev alan şəxslərə Türkiyə vətəndaşlığı verilir". - deyə "Sunday Times"ın müxbiri Luis Kallaqan qeyd edib. Müxbirin sözlərinə görə, İranın orta təbəqəsindən olanlara Türkiyəyə gəlmək daha əvlerişlidir: "Türkiyə, İranlıların vizasız gedə biləcəyi bir ovuc ölkədən biridir".

İmkanlı İran vətəndaşlarına vəkillik edən Ali Güdən isə İranda hərkəsin "B planı" axtardığını düşünür: "Onlar Türkiyədə özlərini azad hiss edirlər. Burada istədikləri paltarı geyinə bilirlər".

Qeyd olunanların baris nümunəsi də tikinti sektorunda fəaliyyət göstərmək üçün 4 il öncə Türkiyəyə köçən 23 yaşlı Siavaşdır: "Ölkəmizdə qurulan sistem yeni islahatları həyata keçirə bilmir. Bu səbəbdən gənclərimiz əsəbidirlər. Onlar umidsizliyə qapılıblar".

Siam.az

Tarix: 25-11-2019, 17:15
Xəbəri paylaş





Xəbər lenti