Ermənistanda “məxməri inqilab” la dövlət çevrilişi edən “ Mənim addımım” partiyasının hakimiyyəti son vaxtlar daha çox tənqid olunur.
Moderator.az “Qolos Armenii” saytında dərc olunan bir yazını oxucularına təqdim edir.
“Bu hakimiyyət müvəqqətidir: onlar çox tezliklə və qəflətən gedəcəklər. Bu barədə Ermənistan Respublikasının Portuqaliyada və Maltada keçmiş səfiri olmuş tarix elmləri namizədi Mikael Minasyan öz Feysbuk səhifəsində yazıb.
"Niyə bu hakimiyyətin müvəqqəti olduğuna dair fikir formalaşıb? Cavab aydındır: insanlar ölkəni bu qədər vecsiz, bacarıqsız olaraq uzun müddət idarə etməyin mümkün olmayacağını sadəcə hiss edirlər. Və bu, nə qədər davam edəcək? Məncə, uzun çəkməz.
Bunu ilk növbədə başa düşənlər və bilənlər - "Mənim addımım" blokunun nümayəndələridir. Buna görə də həyatdan ləzzət alırlar, gurultulu ifadələr səsləndirirlər, öz qorxularını maskalamağa çalışırlar və avaralıq edirlər. Baxmayaraq ki, hər halda nəsə edirlər də: bu aylarda bəziləri- pulu olanlar- qaçmaq gələndə xaricdə “ başının üstündə dam” əldə ediblər, əli pula çatmayanlar isə gələcəkdə hakimiyyətə gələ biləcək bütün potensial namizədlərlə fəal danışıqlar aparırlar.
Rejim özünü, "mövsümi işçi" psixologiyası ilə kirayəçı, ölkəni işğal edən "fəth edən- köçəri" kimi aparır. Tarixi bənzətmə ilə, "Köçəri işğalçılar" rejimi hər kəsi özünə tabe edir və millətin müqavimət göstərmək qabiliyyətini məhv edərək kilsəyə, mədəniyyətə, ailəyə, dilə, tarixə, elmə və təhsilə hücum edir.
“Mənim addımım" blokundan olan populistlər qəlblərinin dərinliyində çox az vaxt qaldıqlarını bilirlər, buna görə seytnota düşürlər, düşünməyə, öz hərəkətlərinin nəticələrini başa düşməyə vaxt tapmırlar. Hakimiyyətlərinin hər an, hər saniyədə bitə biləcəyini başa düşürlər. Bu müvəqqətilikdə hər kəsə və hamıya münasibətdə bütövlükdə rejimin yalnız kollektiv nifrəti və təcavüzü qalır. Buna cavab olaraq, hər gün üç dəfə artan ictimai nifrət və qarşılıqlı aqressiya alırlar.
Bu rejimin müvəqqəti xarakterini yoxlamaq üçün “1 nömrəli” lakmus, onun nümayəndələrinin hər hansı bir qərarı qəbul edə bilməməsidir. Onlar indiyədək ölkə üçün ən ağrılı məsələlərdə bir dənə də qərar qəbul edə bilmədilər. Onlar ağrılı problemlər ətrafında manipulyasiya edə, bu anı "həzm edə" və möhlət ala bilərlər. Axı, onlar 24 saat "Haykakan Jamanak"( Paşinyanın arvadının ixtiyarında olan iqtidar saytı- tərcümə) ölkəsinin rejimində yaşayırlar və başa düşürlər ki, hər gün bu 24 saat hakimiyyət başında onlar üçün son ola bilər.
Nəticədə, rejim islahatları tamamilə uğursuz etdi, bütün istiqamətlərdə münasibətləri pisləşdirdi, absurd, bəzən qarşılıqlı surətdə və uzun müddətli təhlükəli qərarlar və qanunlar qəbul etdi. Bu qanunların və qərarların taleyinin nə olacağı növbəti hökumətdən asılıdır (tamamilə ləğv edilə bilər və ya ən azı diqqətlə redaktə oluna bilər).
P.S. Bu rejim tezliklə gedəcək və arxasında hər bir nümayəndəsinin qanunsuz və balanssız addımlarının arxivini qoyacaq. Bunu isə təəssüf ki, korrekt etmək mümkün deyil. Nəyisə gizlətmək alınmayacaq. İndi başqa zamandır. "