Alp dağlarının Fransa tərəfdə olan hissəsində Rusiya hərbi kəşfiyyatının (“QRU”) bazası olub.
Cebhe.info xəbər verir ki, bu barədə "Le Monde" yazıb.
Nəşrin yazdığına görə, 2014-2018-ci illərdə Rusiya agentləri Şamoni, Eviani şəhərlərində dəfələrlə olublar.
Qərb xüsusi xidmət orqanları bu casus şəbəkəsinin izinə düşüb. Bu isə sabiq rusiyalı casus Sergey Skripal və qızının Londonda zəhərlənməsindən sonra baş verib. Bu casuslardan birinin Skripalla bağlı hadisədə əli olduğu bildirilir.
"QRU" əməkdaşları Bolqarıstan, Moldova və digər ölkələrdə fəaliyyət göstərsə də, Fransada işləməyiblər.