Şimali Koreya lideri Kim Çen İn ABŞ prezidenti Donald Trampa “ağlını itirmiş qoca” deyə xitab edib.
O, Trampın ona “Roket adam” təxəllüsü verməsinin qarşılığında bu sözü işlətdiyini bildirib.
Musavat.com haberler.com-a istinadən məlumat verir ki, ABŞ ilə Şimali Koreya arasında özəlliklə Pxenyanın nüvə müzakirələri mövzusunda Vaşinqtona il sonuna qədər zaman verməsindən sonra artan gərginlik qarşılıqlı atmacalarla müşayiət olunmağa başlayıb.
Prezident Trampın bir neçə gün bundan öncə “Kim Çen İnə "roket adam" deyirəm, çünki o, roket uçurmağı sevir” atmacasına Şimali Koreya lideri olduqca sərt cavab verib.
“Ağlını itirmiş bir qocanın dəliliyi”
Şimali Koreyanın xarici işlər nazirinin müavini olan Çoe Son Hui Trampın sözlərinin xalqda Amerikaya qarşı nifrətə səbəb olduğunu bildirib. O qeyd edib ki, Tramp Koreya xalqının liderini aşağılamaq istəyib.
Ölkənin dövlət televiziyası tərəfindən yayımlanan açıqlamada “bu söz atışması onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək. Trampın həmin ifadəni (“roket adam”) səsləndirməsi ağlını itirmiş bir qocanın axmaqlığından başqa bir şey deyil”, - deyə Çoe vurğulayıb.
Kim Çen İnin Trampa “yeni il hədiyyəsi”
ABŞ və Şimali Koreya arasındakı nüvə müzakirələri fevral ayından bəri axsaqlıqlarla davam edir. Ən son oktyabr ayında İsveçdə həyata keçirilən toplantıda bir araya gələn tərəflərdən olan Şimali Koreya ABŞ-ı əvvəlki mənfi münasibətləri davam etdirməklə günahlandırmış və görüşmələri dayandırmışdı.
Kim Çen İn ABŞ-a nüvə anlaşması mövzusunda yenidən müzakirələri davam etdirmək üçün il sonuna qədər zaman verdiklərini, ABŞ-ın sanksiyalar mövzusunda geri çəkilməyəcəyi təqdirdə yeni yollar tapmağın gərəkdiyini bildirib. Son olaraq müzakirələri davam etdirmək üçün ABŞ-a “zaman azalır” xəbərdarlığı edən Şimali Koreya “bizdən necə bir yeni il hədiyyəsi alacaqları onların öz qərarlarından asılıdır” mesajını verib.